FHN-dən əhaliyə dəm qazı xəbərdarlığı- VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

qaz cihazı saz və standartlara uyğun olmalı;
cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.


Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Tarix
12 Yanvar [16:41]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Damında helikopter meydançası olan xəstəxana tikilir - Sabirabadda

Kompleksin bu ilin iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulur

“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya

"Qax gəncləri 20 Yanvar faciəsini unutmur" - Nuru Mustafayev

Yollarda təhlükəsizliyə dair tədbir keçirildi - İsmayıllıda

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

Milli Məclisdə yeni işçi qrupu yaradılır - Maneəni aradan qaldırmaq üçün

Milli Məclisdə yeni işçi qrupu yaradılır

Azərbaycanda bəzi dövlət rüsumlarının məbləği kəskin azaldılır

Azərbaycanda bəzi dövlət rüsumlarının məbləği kəskin azaldılır

Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq - Azərbaycanda

Aviasiya haqqında qanuna dəyişikliklər hazırlanıb

Deputat: "AZAL büdcəyə ağır yükdür"

Administrasiya: Azərbaycanda uçuşların 52%-ni xarici şirkətlər, 48%-ni isə AZAL həyata keçirir

20 Yanvar şəhidlərin qanlı paltarları bu günə qədər saxlanılır

Yevda Abramov: “Bəzi dövlət qurumlarının müraciətlərimizə cavab verməməsi Milli Məclisə hörmətsizlikdir”

Parlamentin komitə sədrinin müavini “Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.