Avtomobil piyadanı vuraraq öldürdü - Bakıda

11:38 - 11 Yanvar 2017 - HADİSƏ

Bakıda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisəı ötən gecə paytaxtın Heydər Əliyev prospektində, piyada keçidinin yaxınlığında qeydə alınıb. Naməlum avtomobil yolu keçən şəxsiyyəti hələ müəyyən edilməmiş kişini vuraraq öldürüb.

Qeyd edək ki, hadisə baş verən ərazidə yerüstü piyada keçidi var. Yolu keçən şəxs piyada keçidindən istifadə etməyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti