“Qarabağ”dan Reynaldo açıqlaması

14:08 - 10 Yanvar 2017 - İDMAN

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl futbolçuları Reynaldo Silvaya Türkiyə superliqasında yarışan “Gənclərbirliyi” klubunun təklif göndərməsi ilə bağlı xəbərlərə münasibət bildirib.Qol.az saytına açıqlamasında o deyib ki, bununla bağlı kluba rəsmi şəkildə müraciət daxil olmayıb. O qeyd edib ki, belə danışıqlar əgər varsa belə, bu, klublar deyil, menecerlər səviyyəsində aparılır.
“Ortada rəsmi bir şey olmadığı üçün bizim məsələyə hansısa münasibət bildirməyimiz doğru olmazdı” – deyə Ə.Çəlikəl bildirib.

Xəbər xətti