Formula 1 biletlərini artıq 24 ölkədən alıblar

“Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 24 ölkədən yarışlara biletlər alınıb”. Ucnoqta.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 1-dən 2017-ci il yanvarın 31-ə qədər bilet satışında endirim kampaniyasıdır:

“İndiki mərhələdə yarışlara 24 ölkədən bilet alınıb. Rusiyadan, Avropa ölkələrindən biletləri daha çox alırlar. Ərəb ölkələrindən də yarışlara maraq çox böyükdür. Hesab edirik ki, konsert proqramını elan edəndən sonra biletlər daha çox alınacaq".

Şöbə rəhbəri qeyd edib ki, ötən illə müqayisədə bu il dünya ölkələrindən yarışa maraq daha böyükdür:

"Çünki yarış keçən il Bakıda ilk dəfə keçirilirdi. Hazırda bilet satışı ötən ildəkindən daha çoxdur. Bu da bizi çox sevindirir”.

N.Arpadarai vurğulayıb ki, bu dəfə də maraqlı konsert proqramı təşkil olunacaq, dünya ulduzları ölkəmizə dəvət olunacaqlar.

N.Arpadarai Formula-1 yarışının keçirilməsi ilə bağlı bütün işlərin plana uyğun aparıldığını bildirib:

“Tikinti işlərinə mart ayından sonra başlanılacaq və mərhələli şəkildə həyata keçiriləcək. Könüllülərin cəlb olunması, təbliğat ilə bağlı işlər də plana uyğun olaraq davam etdirilir”. 

Tarix
9 Yanvar [18:00]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Baş məşqçi: ““Barselona” tarixinin bir hissəsini Messiyə borcludur”

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək

Elxan Məmmədov Avropa çempionu oldu

AFFA prezidenti: "Gələn mövsüm Premyer Liqada neçə komandanın iştirak edəcəyinə hələ qərar verilməyib"

Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Püşk atıldı: “Yuventus”- “Monako”, “Real” - “Atletiko”

FIFA "Qarabağ"ı təbrik edib

Gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılır

"Barselona" Arda Turanı satdı

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.