2014-cü ildə itən "MH370" təyyarəsinin axtarışlarını dayandıracaq - Malayziya

12:51 - 6 Yanvar 2017 - HADİSƏ

2014-cü ildə radarlardan itən və hələ də qalıqları belə tapılmayan Malayziyanın "Boeing MH370" təyyarəsinin axtarış əməliyyatları iki həftə sonra dayandırılacaq.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay məlumat verib.
Amma nazir əməliyyatın dəqiq nə vaxt başa çatacağı tarixi söyləməyib. Onun sözlərinə görə, tezliklə 120 min kvadrat km sahədə aparılmış axtarış işləri üzrə yekun hesabat təqdim olunacaq.
Xatırladaq ki, "Malaysia Airlines" şirkətinə məxsus təyyarə 2014-cü il martın 8-də Kuala Lumpurdan Pekinə uçarkən Hind okeanı üzərində radarlardan itib. Təyyarənin axtarışları nəticə verməyib.

Xəbər xətti