Ana səhifə
27 İyul 2017

Qaxda aztəminatlı uşaqlar üçün xeyriyyə məqsədli Yeni il şənliyi keçirilib - FOTO

Yanvarın 4-də Qax Kukla Teatrında xeyriyyə məqsədli Yeni İl şənliyi və teatr tamaşası təşkil olunub. Əslən Qax rayonundan olan hüquq müdafiəçisi Əhməd Şahidovun təşəbbüsü ilə keçirilən xeyriyyə tamaşasında Qaxda yaşayan aztəminatlı ailələrin uşaqları üçün “Zınqırovlu pişik” əsəri nümayiş etdirilib. Uşaqlar qarşısında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə uşaqları və onların valideynlərini, habelə müəlllim və tərbiyəçiləri təbrik edib, gələcək həyatlarında onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Əhməd Orucun müəllifi olduğu “Zınqırovlu pişik” tamaşasının quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı isə Mais Abdullayevdir. Tamaşada Qax Kukla Teatrının aktyorları Araz Mehrablı, Afət Yaqubova, Azər Kərimov, Aynurə Abbasova və Nuru Mustafayev iştirak ediblər.

Xeyriyyə konserti zamanı Şaxta Baba və Qar Qız uşaqlara əyləncəli nömrələr göstərib, viktorina xarakterli oyunlar keçirilib.

Tarix
4 Yanvar 2017 [23:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ