Rəsmi Moskva: “ABŞ-la münasibətlər dondurulub”

13:39 - 23 Dekabr 2016 - DÜNYA

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov ABŞ-la münasibətlərin dondurulduğunu bəyan edib. Lent.az xəbər verir ki, “Mir” telekanalına müsahibə verən prezident köməkçisi hazırda rəsmi Vaşinqton ilə dialoqun “ən aşağı səviyyədə” olduğunu deyib.
O əlavə edib ki, Rusiya ilə ABŞ arasındakı parlament, biznes və mədəniyyət sahələrində əlaqələr tamamilə dayandırılıb.
“Amma bu bizim istəyimizlə baş verməyib”, deyə o, fikrini tamamlayıb.

Xəbər xətti