Sabahın havası: qar, çovğun

12:28 - 14 Dekabr 2016 - ÖLKƏ İÇİ

 Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.  Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Yolların buz bağlama ehtimalı var.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütünundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. 
Azərbaycanın rayonlarında sabah arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Xəbər xətti