“İstanbuldakı terroru dəstəkləyən alman müxbir Çeyz Vinter cəzalanmalıdır”

Hüquq müdafiəçisi Əhməd Şahidov ATƏT-in “Mətbuatda təbliğat və jurnalist etikası” mövzusunda keçirilən toplantısında İstanbuldakı terror hadisəsi barədə danışıb. Dekabrın 13-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə “Mətbuatda təbliğat və jurnalist etikası” mövzusunda iki günlük toplantı keçirilib. ATƏT coğrafiyasındakı münaqişələr zamanı mətbuatda aparılan təbliğat və jurnalist etikası barədə müxtəlif fikirlər səsləndirilib və müstəqil mətbuatın müharibə təbliğatında iştirak etməsinin yolverilməz olduğu vurğulanıb.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demorkatiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 10 Dekabr tarixində İstanbulda baş verən terror aktı barədə məlumat verib və terroru pisləyib. Auditoriyaya xitab edən ADİHİ rəhbəri bildirib ki, İstanbuldakı terror aktından bir-neçə saat sonra “Deutsche Welle” (“Alman dalğası”) agentliyinin müxbiri Çeyz Vinter özünün Tvitter səhifəsində yazdığı statusda “İstanbuldakı terror aktını həlak olanların sayına görə deyil, daha çox psixoloji baxımdan uğurlu akt” adlandırıb.

Alman jurnalistin bu hərəkətini qətiyyətlə pisləyən hüquq müdafiəçisi Əhməd Şahidov bunu terror təbliğatı kimi dəyərləndirib və alman jurnalistin məsuliyyət daşıdığını vurğulayıb.

Tarix
13 Dekabr [22:54]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

KİV DF-nin "Azərsu" ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı

Mətbuat Şurasında bir qrup türkiyəli jurnalistlə görüş keçirilib

Mətbuat Şurası: \"Bəzi saytlar həqiqətə uyğun gəlməyən məsələləri də qabardaraq cəmiyyətdə çaşqınlar yaradırlar\"

2017-03-03 17:14:08

Bu kanal sabah yayıma başlayır - Azərbaycanda

Bu kanal sabah yayıma başlayır

Mətbuat Şurası: "Həssas olmaq peşəkarlıq göstəricisidir"

Jurnalist Zabil Müqabiloğlu vəfat edib

O, valideynlərinin yanında torpağa tapşırılıcaq

MTRŞ-dan “FOX TV”-nin bağlanması ilə bağlı AÇIQLAMA

MTRŞ-dan “FOX TV”-nin bağlanması ilə bağlı

Elektron mediaya maliyyə dəstəyi göstərilə bilər

2017-02-17 13:32:18

Azərbaycan Televiziyası haqqında QHT rəhbərlərinin TƏƏSSÜRATLARI

Qulu Məhərrəmli Arif Alışanova qalib gəldi - Məhkəmə bitdi

Jurnalistə qarşı cinayət təqibinə xitam verildi...
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.