İlham Əliyevlə Benyamin Netanyahu arasında təkbətək görüş olub

14:54 - 13 Dekabr 2016 - Mədəniyyət

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub."Report" xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu birgə foto çəkdiriblər.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Xəbər xətti