Premyer Liqanın XIV turunda iki oyunun keçirilmə vaxtı dəyişdirilib

15:04 - 12 Dekabr 2016 - İDMAN

 Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun iki oyununun keçirilmə vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqasının saytında verilmiş məlumata görə, "Sumqayıt" - "Zirə" və "Neftçi" - AZAL görüşü nəzərdə tutulduğundan bir gün sonraya - dekabrın 17-nə keçirilib.
Dəyişiklik "Sumqayıt", "Zirə", "Neftçi" və AZAL klublarının PFL-ə müraciətindən sonra qeydə alınıb. Adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə Premyer Liqanın XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirib.
Nəticədə XIV turun bütün görüşləri eyni gündə - dekabrın 17-də reallaşacaq.

Xəbər xətti