Ötən gün yol hərəkəti qaydalarını pozan 7498 sürücü cərimələnib

15:09 - 30 Noyabr 2016 - ÖLKƏ İÇİ

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 7498 sürücünü cərimələyib. Bu barədə "Report"a idarədən məlumat verilib.

Qurumdan bildirilib ki, noyabrın 29-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 53-ü sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

Xəbər xətti