Qaraqoyunlu dövləti Azərbaycan zəminində yaranıb

18:43 - 28 Noyabr 2016 - KİVDF

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaradanlar dil və mənşə etibarilə azərbaycanlı tayfalar olublar

Qara Yusifın Sultan Əhmədi ağır məğlubiyyətə uğradaraq öz mövqeyini daha da möhkəmləndirməsi Şirvanşah Şeyx İbrahimi xeyli narahat etdi. Buna görə də, o, Şəki hakimi Seydi Əhməd və Gürcü çarı Konstantin ilə ittifaq yaradaraq Qara Yusifə qarşı döyüşə hazırlaşmışdı. Farüq Sümerin fıkrincə, Qara Yusif bu hadisədən xəbər tutub və 1412-ci ilin 17 noyabrında Qarabağa gəlib. O, buradan Şeyx İbrahimə elçi gondərib, ona barışıq təklif edib. Qara Yusifin bu təklifi Şeyx İbrahim və müttəfiqləri tərəfindən qəbul olunmayıb. Qəzəblənmiş Qara Yusif 1412-ci ilin 19 dekabrında Kür çayını keçib və Şeyx İbrahimi ağır məğlubiyyətə uğradıb. Bu döyüşdən bəhs etmiş Azərbaycan tədqiqatçıları hadisənin 1412-ci il noyabrın 6-dan dekabrın 4-dək davam etdiyini göstərirlər. Lakin dövrün digər qaynaqlan da Faruq Sümerin fıkrini təsdiq edir. Beləliklə, Şeyx İbrahimin həmişə qorxduğu hadisə baş verib və müstəqil Şirvanşahlar dövləti Qaraqoyunlu hökmdarından asılı vəziyyətə düşüb. Lakin bu asılılıq nominal səciyyə daşıyırdı. Şirvanşah Kür çayından cənubda olan torpaqlardan məhrum olsa da, Azərbaycanın şimal torpaqları onun hakimiyyəti altında qalırdı. Türk tarixçilərinin əsərlərində Qaraqoyunlu dövlətinin sərhədləri haqqında müəyyən qeydlərə rast gəlmək mükündür. Faruq Sümerin fikrincə, Qara Yusifın yaratdığı Qaraqoyunlu dövləti Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər uzanan torpaqları əhatə edirdi. İ.P. Petruşevski də qeyd edir ki, 1413-cü il ərəfəsində Azərbaycanın Kür çayına qədər olan cənub hissəsi, Ermənistan, Gürcüstan və Ərəb İraqı Qaraqoyunlu dövdlətinin ərazisinə daxil olubdu. Cahanşahın hakimiyyəti dövründə Azərbaycan, Arran, Ərəb İraqı, Əcəm İraqı, Fars və Kirman Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilib, Şirvanşahlar, Ağqoyunlular, Gilan və Mazandaran hakimləri onun hakimiyyətini tanımalı olublar. Qaraqoyunlu dövləti Azərbaycan zəminində yaranıbdı. Dövlətin təşəkkülündə əsasən Azərbaycanda məskunlaşmış və Qaraqoyunlu tayfa birliyinə daxil olan tayfalar iştirak ediblər. Buna görə də Faruq Sümerin qaraqoyunluların vətəninin Şərqi Anadolu olduğunu qeyd etməsindən heç də belə nəticə çıxarılmamalıdır ki, Azərbaycanda Qaraqoyunlu dövlətinin təşəkkül prosesində əsas rolu kənardan gələn qüvvələr oynayıblar. Məlumdur ki, Qaraqoyunlu tayfa birliyinə Şərqi Anadoluda məskunlaşmış tayfalar da daxil idi və dövlətin yaranması prosesində onlar da iştirak ediblər. Lakin onların tarixi rolunu mütləqləşdirməyə heç bir əsas yoxdur. Azərbaycan və Sovet tədqiqatçılarının elmi nəticələrinə görə XV əsrdə ardıcıl olaraq Azərbaycan və İranın böyük hissəsində Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini yaradanlar dil və mənşə etibarilə azərbaycanlı tayfalar olublar. İ.P. Petruşevski də Qaraqoyunlu dövlətinin məhz Azərbaycan zəminində yarandığını qeyd edib və qaraqoyunluların dilinin həqiqətən Azərbaycan (türk) dili olduğunu göstəribdir. Faruq Sümer yazır ki, Avropa alimlərinin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin İran tarixində bir keçid dövrü olduğunu göstərmək cəhdləri qətiyyən doğru deyildir. Onun fıkrincə qaraqoyunluların danışıq dili Azəri türkcəsi olubdur. Türk tarixçilərinin araşdırmalarında Qaraqoyunlu dövlətinin xarakteri məsələsinə aid fikirlər öz əksini tapmayıbdır. Bu məsələ ilə bağlı başlıca fikir ilk dəfə İ.P.Petruşevski tərəfindən irəli sürülübdür. Onun fikrincə, Qaraqoyunlu dövləti öz xarakterinə görə müxtəlif tayfaların və xalqların məcmusundan ibarət olubdur. Bu fikri C.İbrahimov da müdafiə edibdir. Qeyd olunan fikirlərdə böyük həqiqət vardır. Qaraqoyunlu dövləti müxtəlif xalqların yaşadığı geniş əraziləri özündə birləşdiribdi. Lakin dövlətin Azərbaycanda yaranması, Təbrizin paytaxt olması, dövlətin idarə olunmasında yerli əmirlərin əsas rol oynaması obyektiv gerçəklik idi. Qara Yusifin bütün cəhdlərinə baxmayaraq güclü, mərkəzləşdirilmiş dövlət aparatı yaratmaq mümkün olmayıbdı. Bunun başlıca səbəbi Teymurun Azərbaycanı işğal etməsi dövründə dövlətçilik ənənələrinə güclü zərbə endirilməsi, onun varisləri dövründə Azərbaycanda ayrı-ayrı şəhər və vilayətlərin hakimlərində müstəqillik meylinin güclü olması və teymurilərlə uzunmüddətli müharibələr oubdur. Türk tarixçilərinin araşdırmalarında Qaraqoyunlu-Teymuri münasibətləri haqqında müəyyən fikirlər mövcuddur. XIV əsrin sonunda Əmir Teymur Azərbaycana yürüşləri zamanı qaraqoyunluların güclü müqaviməti ilə qarşılaşibdı. Mustafa Qafalmın qeyd etdiyi kimi, Teymur qaraqoyunluları həccə gedən zəvvarlara və ticarət karvanlarına təcavüz etməkdə günahlandıib, lakin əsas səbəb, onların Əmir Teymura itaət etməməsi olubdu. Yusif Ziya Özər belə hesab edirdi ki, Əmir Teymurun Azərbaycan Qaraqoyunlu rəisi Qara Yusiflə apardığı müharibə o qədər çətin olmuş və qaraqoyunlular elə qəhrəmancasına savaşıbdılar ki, Teymurun ordusunun tezliklə məğlub olacağına şübhə qalmayıbdı . Qaynaqların verdiyi məlumata görə Əmir Teymurun Azərbaycana yürüşləri dövründə qaraqoyunlular ciddi müqavimət göstərib, ancaq Teymurun zərbələri altında məğlub olub, lakin ona itaət göstərməyiblər. Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisləri arasında səltənət uğrunda gedən mübarizədən bacarıqla istifadə edən Qara Yusif teymuri şahzadələri üzərində parlaq qələbə çalaraq 1408-ci ildə Şərqi Anadolu, Azərbaycan və İraq-i Əcəm bölgələrini teymurilərdən təmizləyib və bu bölgələr Qaraqoyunluların əlinə keçibdi. Bu zamandan etibarən Qaraqoyunlu-Teymuri münasibətlərinin yeni dövrü başlayıbdı. İsmayıl Aka bele hesab edir ki, Azərbaycanda Qaraqoyunlu dövlətinin yaranmasından sonra bu dövlət Teymurilərin təhlükəli qonşusuna çevrilibdi. Müəllifin bu fikri ilə razılaşmaq mümkün deyildir. Çünki Qaraqoyunlu dövləti yenicə yaranmışdı, dövrünün ən güclü dövlətlərindən biri olan Teymurilər dövləti üçün onun nə kimi təhlükə yaradacağı haqqında qəti bir hökm vermək çətindir. Az bir müddət orzində Teymurilər dövlətində öz hakimiyyətini möhkəmləndirmiş olan Sultan Şahrux Qaraqoyunlu dövlətinin qüdrətinin artmasından və İranın şərq torpaqlarının onun nəzarəti altına keçməsindən çox narahat idi. Sultan Şahrux da başçılıq etdiyi Xorasan dövlətinin hüdudlarını qonşu ölkələr hesabına genişləndirməyə cəhd edirdi. İsmayıl Aka qeyd edir ki, qaynaqlar 1414-cü ildə Qara Yusifin elçisinin Herata bir məktub gətirdiyi haqda mə'lumat verir, lakin elçinin nə məqsədlə gəlməsi bilinmi. Qaynaqların məlumatına görə, Şahruxun 1415-ci ilin 26 martında Qara Yusifın yanına göndərdiyi elçi Həsənək Herata qayıdıb və ona xəbər gətiribdi. Qaynaqlar bu dəfə də elçinin nə məqsədlə göndərildiyi haqda məlumat vermirlər  İsmayıl Aka yazır ki, 818-ci ildə məhərrəm ayının sonunda (11 aprel 1415-ci il) Qaraqoyunlu hökmdarı özünün gözəl natiqiiyi ilə tanınan adamlarından Mərdanşahı elçi sifəti ilə Herata göndəribdi. Hökmdar «əgər Şahrux Sultaniyyə qalasını ona tərk etmiş olarsa, onun hakimiyyətmi qəbul edəcəyinə və göstərdiyi kimi hərəkət edəcəyinə» söz verdiyini bildiribdi . 

(ardı var)

Tarix üzrə elmlər doktoru
Tofiq Nəcəfli

Xəbər xətti