Masallıda 8 otaqlı evdə yanğın olub

11:01 - 27 Noyabr 2016 - HADİSƏ

Masallı rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Məmmədxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1 otağının tavanı 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 Yanğın saat 07:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti