Sumqayıtda 5 otaqlı evdə yanğın olub

10:16 - 26 Noyabr 2016 - HADİSƏ

Sumqayıt şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb.
Evin qalan hissəsi və digər bitişik qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 08:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti