Körpü təmir zamanı uçdu: 4 ölü

11:04 - 24 Noyabr 2016 - HADİSƏ

Kanadanın nikel hasil edən "Moa joint venture" şirkətinin 4 işçisi Kubada təmiri ilə məşğul olduqları körpünün uçması nəticəsində ölüb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, körpü Mettyu qasırğası zamanı ziyan çəkib və işçilər ötən ayın sonundan onu təmir etməyə başlayıblar.

Məlumata görə, asayiş keşikçiləri artıq hadisənin araşdırması ilə məşğul olmağa başlayıblar.

Xəbər xətti