Çində elektrik stansiyası qurğularının uçması nəticəsində 40 nəfər ölüb

11:03 - 24 Noyabr 2016 - HADİSƏ

Çinin Szyansi əyalətinin Fençen şəhərində yerləşən elektrik stansiyasında tikilməkdə olan soyuducu qüllə qurğularının uçması nəticəsində 40 nəfər həyatını itirib. Bu barədə cümə axşamı "Sinxua" məlumat yayıb.

Məlumata görə, dağıntılar altında insanlar qalıb, onların dəqiq sayı məlum deyil. Hadisə yerində xilasetmə işləri aparılır.

Xəbər xətti