Marsda inanılmaz kəşf: NASA açıqladı

16:09 - 23 Noyabr 2016 - MARAQLI

NASA Marsda ABŞ-ın ən böyük gölü - Yuxarı göl böyüklüyündə olan nəhəng buz kütləsi aşkarlandığını açıqlayıb.

Ucnoqta.az axar.az-a istinadən xəbər verir ki, ABŞ Geofizika Birliyinin verdiyi hesabatına görə, buz kütləsi planetin Utopiya Planitia bölgəsində yerləşir, sahəsi isə 375 min kvadrat kilometrdir.
Kəşf kosmik gəminin radarı vasitəsilə təsbit olunub.
NASA bu tapıntının Marsın tarixi və gələcəkdə ehtimal edilən su qaynaqlarının tapılması baxımından son dərəcə vacib olduğunu açıqlayıb.

Xəbər xətti