Nəqliyyat vasitəsindən külli miqdarda aksiz markasız siqaretlər aşkar olundu - FOTO

11:02 - 21 Noyabr 2016 - HADİSƏ

Dövlət Gömrük Komitəsinin (DGK) Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Bu barədə Ucnoqta.az-a DGK-dan bildirilib. 

Məlumata görə, Baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaş Məmmədov Kamran Akif oğlunun idarə etdiyi “VAZ-21099” markalı, “10-UG-789” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkət edərkən saxlanılıb.
Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən və salonundan Azərbaycan vətəndaşı Məmmədov Xosrov Əhməd oğluna məxsus 6 ədəd karton yeşiyin içərisinə yığılmış Belarusun istehsalı olan külli miqdarda aksiz markasız “NZ” siqaretləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti