Qədim tayfa birliklərindən biri də Qaraqoyunlulardır

18:28 - 18 Noyabr 2016 - KİVDF

Bu tayfa birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub idi

 
Azərbaycan xalqı ziddiyyətli, çoxəsrlik inkişaf yolu keçmiş və bəşər mədəniyyəti sistemində, insanlıq tarixində mühüm mövqe qazanmışdır. Bu obyektiv tarixi həqiqəti bir sıra qədim mötəbər mənbələr, aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş mədəniyyət nümunələri təsdiq etməkdədir. Xalqımızın təşəkkülündə iştirak etmiş qədim tayfa birliklərindən biri də Qaraqoyunlulardır.  Bu barədə tarixçi Tofiq Nəcəfli yazıb. Tarixi qaynaqlardan məlum olur ki, bu tayfa birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub idi. Müasir dövrdə türkmən türkman şəklinə düşmüş bu ad tarixi mənbələrdə öz əksini hansı fonetik variantlarda tapmışdır? Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də xalacları "türk manənd" (türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə "Türkmən/türkman" ifadəsi meydana çıxmışdır. V.V.Bartold yazır: "Türkmənlər" ... bu ad XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi və Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində - "Türkmanan" formasında, türklərin "oğuz", ərəblərin "quzz" mənasında işlənmişdir. "Türkmən" istilahı ilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində "ət-türkman" və yaxud "türkmaniyyun" şəklində xatırlanmışdır.  V.V. Bartold F.Xirtin verdiyi mo"lumatlara istinad edərək türkmən ifadəsinin hələ VIII əsr Çin ensiklopediyası "Tundyan"da "te-qomen" formasmda işləndiyni göstərmişdir. "Türk manənd" - əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars etimologiyasına əsasən "türkə bənzər", "türkə oxşar" şəklində təqdim etmişdir. Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara "türkmən/türkman" deyilmişdir. V.V.Baritold yazır: "... müsəlman - ğuzlar həmçinin "türkman" (türkmənlər) adlandırılmağa başlandılar. Eyni fikri V.İ.Jirmunski də izhar etmişdir. V.İ.Jirmunski qeyd edir: 'Türkmən" etnik istilahına ərəb mənbələrində X əsrin II yarısından etibarən təsadüf olunur. İlk əvvəl, görünür o, bu dövrə yaxın müsəlmanlığı qəbul etmiş oğüz qrupunu ifadə etmişdir. Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin ınəlumatlarına əsaslanmış və "türkman" adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir. Bu fıkri Orxan Şaiq müdafiə edir.Faruq Sümer də Biruninin verdiyi məlumatlara əsaslanaraq islamı qəbul etmiş oğuzlara "türkman" deyildiyini qəbul edir. Lakin türk tarixçilərindən İ.Qafəsoğlu belə qənaətə gəlir ki, türkman terminini islamı qəbul etmiş oğuzlara şamil edilməsini qəbul etmək olmaz. Çünki qaynaqlarda oğuzlardan öncə islamı qəbul etmiş türk tayfalarında öz adını dəyişdirməsi haqqında qeydlər yoxdur. Onun fikrincə, 'türkman" sözü siyasi termin kimi IX əsrdən etibarən işlənilməyə başlamış və "əsil", "böyük türk" mə"nasını ifadə etmişdir. Bu dəlillər bir daha göstərir ki, etnik məna kəsb edən "türkman" istılahı tarixən daha geniş anlam olmuşdur. Həmin ıstilah islam dinini qəbul etmiş bütün oğuz tayfalarına şamil olunmuş bir ad idi. Orta əsr müəllifləri də bu fikrin gerçəklıyini təsdiq etmişlər. Mahmud Qaşğari yalnız oğuzlan deyil, hətta qarluqların özünü də "türkman" adlandırmışdır. Beləlıklə, orta əsr mənbələrində etnik səciyyə daşıyan "türkmən" istilahını hər yerdə istisnasız olaraq müasir mənada anlamaq elmi cəhətdən düzgün deyildir. Təsadüfı deyildir ki, tarixən istər Mahmud Qaşğari (XI əsr) və istərsə də F.Rəşidəddin (XIV əsr) türkmənləri tayfa kimi təqdim etməmiş və onların yayıldığı ərazilər haqqında dəqiq bir məlumat verməmişlər. Çünki hər iki müəllif "türkmən" sözünü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi işlətmişdir. Məlumdur ki, XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini oğuzlar və türkmənlər təşkil etmişdir. Türk alimi Z.V.Toğana görə, oğuzların "oğuz" və "türkmən" adları ilə iki qismə bölünməsi də məhz səlcüqların hökmranlığı dövründə meydana gəlmişdir. Tarixən "türkmən" istilahı həm də oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir. V.V.Bartold və V.M Jirmunski də "türkmən" istilahını oğuz tayfalarının göçəri həyat tərzi keçirmiş hissəsinə verilmiş bir ad kimi işlətmişdir."Bir çox məxəzlərdə türkmənlərin yalnız Türkmənistanın indiki ərazisində deyil, eləcə də Qafqaz, Cənubi Azərbaycan, Kiçik Asiya və müasir İran ərazisində də yaşadıqlarını və onların oturaq azərbaycanlılardan fərqləndiyini qeyd edirlər. Bundan belə nəticə çıxarmaq olar ki, türkmənlər qədim oğuzların daha çox köçəri həyat keçirən hissəsinə deyilir və bunun izləri müasir Azərbaycan dilində "tərəkəmə" kəlməsində qalır". Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları "türkmən" adı ilə təqdim etmişdir. Z.M.Bünyadov və O.Ə.Əfəndiyev yazırlar ki, XIV-XV əsrlərdə "qaraqoyunlu" və "ağqoyunlu" adlarını almış tayfalar və qəbilələr özlərini vahid türkman xalqının hissələri hesab edirdilər. Onlar özlərini Kiçik Asiyanın (Osmanlı, Rumlu) və Orta Asiyanın (Cığatay) türkmənlərindən fərqləndirirdilər. Həmin dövrdə Azərbaycan türkmanları Orta Asiyadan köçmüş  uzaq əcdadlarından dilinə, mədəniyyətinə görə güclü şəkildə fərqlənirdilər və yerli əhali ilə qaynayıb-qarışmışdılar. Oarııqoyunlu tayfasının adı və mənşəyi məsələsilə əlaqədar olaraq türk tarixşünaslığında müxtəlif mülahizələr irəli sürülmüşdür. Faruq Sümer yazır: "Qaraqoyunlu tayfasının adı bu gün hakim olan ümumi qənaətə görə, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da qədim türklərdə digər tayfalarda oldııgu kimi totem olan heyvanların ətinin yeyilməsi qəbul olunmadığına görə bu adın onlara aid sürülərinin rəngi ilə bağlı verilmiş olması mümkündür". Əbdülxaluq Çay Faruq Sümerin bu fikrini müdafiə edir və başlıca məşğuliyyəti heyvanıdarlıq olan Qaraqoyunlulara bu adın bəslədikləri heyvanların rənginə görə verildiyini əsaslandırmağa çalışır. Türklərdə qoyunun totem mahiyyətində olmasına dair Türkiyə tarixçiləri arasında fıkir ayrılığı vardır. Məsələn O.Turan, E.Esin ve H.Z.Koşay qoyunun (QOÇ) əski türklərdə başlıca totemlərindən biri olması fikrindədirlər. Yurdumuzda qoyunun (QOÇ) əski zamanlarda əhali arasında totem səciyyəsi daşıdığını R.Əfəndiyev və M.Seyidov da qeyd edirlər. Bu adın qaraqoyunlulara verilməsi ilə əlaqədar olaraq M.Seyidov yazır: "Qaraqoyunluların adları onların fəlsəfi mifoloji görüşləri, inamları, ictimai quruluşları ilə sıxı bağlıdır. Qaraqoyunluların adlarının qoyulması ibtidai qəbilə quruluşundan qabaqkı dual təşkilatın qanunları ilə səsləşir". Qoyunun "onqon" olduğunu "Oğuznamə" də aydın göstərir. Dastanda qeyd edilir ki, Oğuz xaqan böyük ordugah ... sağ tərəfdə qırx qulac ucalığında ağac dikəltdi: onun başına bir qızıl toyuq qoydu, ayağına bir ağ qoyun bağladı. Sol tərəfdə qırx qulac ağac dikəltdi. Onun başına bir gümüş toyuq qoydu, ayağına bir qara qoyun bağladı. Sağda Bozoqlar oturdu. Solda Üçoqlar oturdu". Dastandan məlum olur ki, Oğuz Xağan oğlanlarını iki soya - Bozoqa və Üçoqa bölmüş və hərəsinə də ayrıca onqon - ağqoyun və qaroqoyun, qızıl toyuq, gümüş toyuq vermişdi. M.Seyidovun fikrincə, ağ və qara qoyuna tapınmış Bozoq, Üçoq qəbilələrində toyuq zoomorfiq onqonu zəifləmiş və tədricən sıradan çıxmışdır. Hər iki tayfa birləşməsi sonralar yalnız ağ və qara qoyuna tapındıqları üçün Ağqoyunlu və Qaraqoyunlu adlanmışlar.

(ardı var)

Tarix üzrə elmlər doktoru
Tofiq Nəcəfli

Xəbər xətti