“Azəristiliktəchizat” ASC: Qazanxanalar günün sonuna tam gücü ilə işləyəcək

12:57 - 15 Noyabr 2016 - Cəmiyyət

“Azəristiliktəchizat” ASC-nin balansında olan bütün qazanxanalar bu gün günün sonunadək tam güclə işləməyə başlayacaq. Bu sözləri Trend-ə qurumun müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib. Onun sözlərinə görə, şirkətin balansındakı qazanxanalarda sınaq işləri aparılıb və onlar qış mövsümünə hazırdır. R.Əliyev özəl şirkətlərə məxsus qazanxanaların isitmə sisteminin başlama müddətinin özlərinin təyin etdiklərini deyib:
“Azərbaycanda qazanxanalara sahib olan bir sıra özəl qurumlar var. Onlar “Azəriqaz” İB ilə bağlanan müqavilə əsasında istilik sistemini işə salırlar”.

Xəbər xətti