Yük avtomobili yeniyetmənin üstündən keçərək onu öldürdü - Bakıda

11:05 - 15 Noyabr 2016 - HADİSƏ

Bakıda yolu keçmək istəyən 14 yaşlı oğlanı yük avtomobili vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, "Shacman" markalı avtomobil 2002-ci il təvvəllüdlü Səid Eyvazovu vuraraq üstündən keçib. S.Eyvazov "Təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti