Adil Əliyev : "Həmin verilişin cəmiyyət üçün müsbət tərəflərini qabartmaq və gündəmə gətirmək lazımdır"

15:07 - 14 Noyabr 2016 - Cəmiyyət

"Yayımlanan məlum video ilə bağlı lazımsız hay-küylər yalnız ucuz şou axtarmağa xidmət edir"

 

Milli Məclisin deputatı Adil Əliyev Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişi ətrafında yaranan qalmaqala sosial şəbəkədə münasibət bildirib: "Dünyanın hər yerində bu tip verilişlərdə belə hallar qeydə alınır. Yayımlanan məlum video ilə bağlı lazımsız hay-küylər yalnız ucuz şou axtarmağa xidmət edir. Gördüyünüz kimi, məlum videodakı insanın yeriməyində və hərəkətində problemlər var. Hesab edirəm ki, həmin verilişin cəmiyyət üçün müsbət tərəflərini qabartmaq və gündəmə gətirmək lazımdır. Həmin verilişdə illərlə ayrı düşən insan taleləri birləşdi. Valideynlər uzun illər üzünü görmədikləri övladlarına qovuşdular. Eynilə,bacı qardaşını tapdı. Narahatçılıq yaradan məqam isə odur ki, daxildəki video görüntülər yad insanların əlinə necə düşüb? Bax bunu müzakirə etməyə dəyər”.

 

 

Xəbər xətti