Qoşunların təmas xəttində erməni əsgəri öldürülüb

18:15 - 13 Noyabr 2016 - Xəbər

 Noyabrın 13-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda erməni əsgəri öldürülüb.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vardan Arakelyan naməlum şəraitdə güllə yarası alaraq ölüb.
İnsident Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin cənub istiqamətində qeydə alınıb.
Hadisənin detallarının araşdırılması üçün təhqiqat aparılır.

Xəbər xətti