Millimiz Şimali İrlandiyadan "əliboş" qayıtmayıb

11:14 - 13 Noyabr 2016 - Xəbər

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşan milli komandamız səfərdən təkcə qapısından buraxdığı 4 qolla dönməyib. Apasport.az saytının məlumatına görə, məşhur “SKY Sport” kanalı maraqlı iddia ilə çıxış edib.
Belə ki, səfər zamanı Belfastdakı yerli elektorinka mağazasından millimiz üçün 8 ədəd televizor alınıb. Həmin cihazlar oyun başa çatdıqdan sonra millimizi ölkəyə gətirən təyyarəyə yüklənib.
Hətta onlardan üçünün dioqonalının 72 düym olması iddialar arasındadı.
Bildirilib ki, bu televizorların ümumi dəyəri 12 min funt-sterlinqdir.

Xəbər xətti