Gömrükdən qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

13:40 - 12 Noyabr 2016 - Xəbər

Rusiyadan Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti