Azərbaycan yığması qayıdır: təyyarədə yaranan nasazlıq aradan qaldırılıb

12:36 - 12 Noyabr 2016 - Xəbər

 Futbol üzrə Azərbaycan millisini Şimali İrlandiya ilə oyun üçün Belfast şəhərinə aparan AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi yaxın saatlarda Bakıya yola düşəcək. Bunu "Report"a AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib. Onun sözlərinə görə, təyyarədə yaranan texniki nasazlıq aradan qaldırılıb. Nəticədə Bakı - Belfast - Bakı marşrutu ilə hərəkət edən təyyarə təxminən saat 13:00 radələrində Belfast aeroportundan havaya qalxacaq.

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.

Xəbər xətti