Azərbaycanda zəlzələ olub

09:57 - 12 Noyabr 2016 - Xəbər

Bu gün gecə saatlarında Azərbaycanın Neftçala rayonu ərazisində zəlzələ baş verib. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar 3,2 bal gücündə, yerin 53 km. dərinliyində qeydə alınıb.
"İlkin məlumatlara əsasən, yerli vaxtla saat 01:55 Cəlilabad-dan 62 km şərqdə, Neftçalada zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb", - deyə məlumatda bildirilir.

Xəbər xətti