Azərbaycan millisinin Bakıya qayıtmasında problem yaranıb

09:39 - 12 Noyabr 2016 - Xəbər

 Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfast şəhərindədir. "Report"un məlumatına görə, səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən "Boeing 787 Dreamliner" təyyarəsində texniki nasazlığın üzə çıxmasıdır.
Təyyarədəki problemin nə zaman aradan qaldırılacağı bilinmir. Bu, tezliklə baş verməsə, Bakıdan yeni təyyarənin Belfasta göndərilməsi də mümkündür. Hələlik futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər hava limanı yaxınlığındakı otelə yerləşdiriliblər. 

Xəbər xətti