Lənkəranda dini ədəbiyyatların satışı ilə məşğul olan 3 mağazada reyd keçirilib

17:37 - 11 Noyabr 2016 - Xəbər

Azərbaycan Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 3 mağazada müvafiq reydlər keçirib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reydlər zamanı hər 3 mağazanın dini ədəbiyyatların satışını həyata keçirmək üçün DQİDK-dan razılıq əldə etmədiyi müəyyənləşib. Mağazaların ikisindən ümumilikdə müvafiq razılığı olmayan 93 nüsxə dini təyinatlı ədəbiyyat aşkarlanaraq müsadirə edilib. Hər iki mağaza barəsində qanunamüvafiq qaydada protokol tərtib olunub. Digər mağaza sahibinə isə şifahi xəbərdarlıq edilib. Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb. Bu istiqamətdə müvafiq araşdırmalar davam etdirilir.

Xəbər xətti