Qadını bıçaqlayan şəxsə hökm oxunub

16:44 - 11 Noyabr 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Sahib Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, S. Zülfüqarov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sahib Zülfüqarov 2014-cü il martın 9-da Pəri Rzaxanovaya yaşadığı mənzilin girişində hücum edərək, bıçaqla ona bir neçə zərbə endirib.

Xəbər xətti