Emin Leyla Əliyeva ilə boşanmasından DANIŞDI

15:52 - 11 Noyabr 2016 - Xəbər

Emin Ağalarov: "Biz onunla yaxşı yola gedirik və bir-birimizi çox sevirik" 

Dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə boşanmasından danışıb. BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, müğənninin sözlərinə görə, onların ayrılığına səbəb bir-birindən ayrı yaşamaqları olub.
"Biz Leyla ilə ailəmizi qoruyub saxlaya bilmədik. Buna səbəb isə uzun səfərlər, münasibətimizdəki boşluq, bir-birimizdən ayrı yaşamağımız oldu. Bunu böyük səhv adlandırmaq olar. Mənim tez-tez səfərlərim ailənin möhkəmlənməsinə mane oldu".
E.Ağalarov övladlarından da danışıb:
"Əli və Mikayıl bir-birindən tamamilə fərqlənir. Məsələn, mən Əliyə pul verib mağazaya göndərsəm, o, heç fikirləşmədən pullarının hamısını xərcləyər. Amma Mikayıl elə deyil. O, əvvəlcə fikirləşir, götür-qoy edir, pullarını hesablayır, sonra xərcləyir. Onlar Əminəni də çox sevirlər. Əminəni ilk dəfə görəndə o, çarpayıda oturmuşdu. Oğlanlarım məni ona təqdim etdi və Əminəyə "Əminə, bax, o sənin atandır" dedilər. Biz onunla yaxşı yola gedirik və bir-birimizi çox sevirik ".

Xəbər xətti