Planetimizə meteorit yağışı yağacaq

15:22 - 11 Noyabr 2016 - MARAQLI

Yer planeti meteorit yağışından qorunmaq üçün çətirə ehtiyac duyur. Ucnoqta.az ölkə.az-a istinadən xəbər verir ki, ABŞ hökuməti tərəfindən Yer planetinin asteroidlə toqquşması zamanı baş verəcək təhlükələrin qarşısını almaq üçün idarələr arası genişmiqyaslı komanda təlim məşqləri keçirib. Əgər belə bir hadisə baş verə, planetdə qlobal dağıntılar və kataklizmalar qaçınılmaz olacaq.

Növbəti asteroid isə Yer planetinə yaxınlaşmaq üzrədir. NASA bəyan edib ki, bu asteroid planetin yanından keçəcək. Bəzi mətbuat orqanlarının fikrinə görə sözügedən asteroid Yerlə toqquşacaq, sadəcə hökumət panikaya səbəb olmamaq üçün bu xəbəri gizlədir.
Təlimlər Kaliforniyada keçirilib. Təlim zamanı Yer kürəsinə yaxınlaşan 250 metrlik asteroidlə toqquşma zamanı nələr etmək lazım olduğu öyrədilib.
Qeyd edək ki, adıçəkilən asteroid 2020-ci ilin 20 sentyabr tarixində planetimizlə toqquşa bilər.

Xəbər xətti