Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

15:08 - 11 Noyabr 2016 - Xəbər

Bu ilin oktyabrında Azərbaycanda 27 qida zəhərlənməsi faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, nəticədə 44 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 1 botulizm hadisəsi nəticəsində isə 3 nəfər zəhərlənib.
İ.Abdullayev qeyd edib ki, bu ilin 10 ayında Azərbaycanda qeydə alınan 547 qida zəhərlənməsi nəticəsində 817 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 30 botulizm hadisəsi nəticəsində 37 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 1 nəfər ölüb.

Xəbər xətti