Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi

14:03 - 11 Noyabr 2016 - Xəbər

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən ''Yol hərəkəti haqqında'' qanuna dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Dəyişikliklərlə imtahan prosesinin videoçəkilişinin aparılması da nəzərdə tutulur.
Dəyişikliklər Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.trend

Xəbər xətti