Əhalinin 90 faizi prezidentdən narazıdır

12:27 - 11 Noyabr 2016 - Xəbər

Cənubi Koreya Respublikasının prezidenti Pak Kın Xenin nüfuzu əhali arasında ən aşağı səviyyəyə enib. “TASS” xəbər verir ki,  bu barədə “Gallup Korea” məlumat yayıb. “İctimai rəy sorğusu prezidentin nüfuzunun ötən həftədəki kimi aşağı olduğunu göstərib. Ancaq onun fəaliyyətindən narazı vətəndaşların sayı isə 1%-də artıb və 90% -ə çatıb”, - deyə “Gallup Korea” bildirib. Qeyd edək ki, prezident Pak Kın Xe rəfiqəsi Çxve Sun Silə görə tənqid atəşinə tutulur. Çxve Sun Sil prezidentlə olan əlaqələrindən istifadə edərək iri şirkətləri ona bağlı fonda ianələr etməyə məcbur edib. O, Seul dairə məhkəməsinin qərarı ilə noyabrın 3-də həbs edilib.

Xəbər xətti