Azərbaycan-Rusiya sərhəddində sıxlıq yaranıb- YENİLƏNİB

11:39 - 11 Noyabr 2016 - Xəbər

12:55
Dövlət Gömrük Komitəsinin rəhbərliyi  ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb.  Saat  14:00-da sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətinin  nümayəndələri arasında  görüş keçiriləcək.Bu barədə ucnoqta.az-a DGK-nin mətbuat xidmətindən məlumat verilib

***

Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində  yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.  DGK Mətbuat Xidmətindən ucnoqta.az-a verilən məlumata görə, hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir.  Sıxlığın yaranmasına səbəb isə Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.

  Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq Dövlət Gömrük Komitəsinin rəhbərliyi  Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

 

Xəbər xətti