Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb

16:09 - 10 Noyabr 2016 - Xəbər

 Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov vəzifəsindən azad edilib. "Report"un xəbərinə görə, onun yerinə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Elçin Bilalov təyin olunub.

Qeyd edək ki, E.Bilalov Göyçayda fəaliyyət göstərən "Təbabət" klinikasının rəhbəri olub.

Xəbər xətti