“Excelsior Hotel & Spa Baku” otelinin “Aura” sağlamlıq mərkəzində açıq qapı günü keçirildi

11:09 - 10 Noyabr 2016 - Cəmiyyət

2016-cı il noyabrın 9-da “Excelsior Hotel & Spa Baku” otelinin “Aura” sağlamlıq mərkəzində jurnalistlər və ictimaiyyət nümayəndələri üçün açıq qapı günü keçirildi. Ekskursiya zamanı qonaqlar “Aura” mərkəzinin imkanları ilə tanış oldular.  Yoqa, aerobika və kallanetika üzrə nümunəvi məşğələlər nümayiş etdirilmiş, məşqçinin rəhbərliyi ilə iştirakçılara müxtəlif tapşırıqlar yerinə yetirmək imkanı verilmişdir.
 Sağlamlıq mərkəzinin meneceri Səbinə Yusifova istirahət və idmanla məşğul olmaq üçün mövcud şərait haqqında ətraflı danışdı. O, qeyd etdi ki, peşəkar məşqçilər komandası hər bir qonağa  kömək edir və fərdi proqram işləyib hazırlayır. 
 Sağlamlıq mərkəzinə idman zalı, qapalıvə açıq üzgüçülük hovuzları, sauna və fin hamamı, cakuzi daxildir. Burada “Technogym” firmasının müxtəlif trenajorları idman həvəskarlarının sərəncamındadır. Zalda kürək, sinə, əllər, ayaqlar və s. yükləmək üçün nəzərdə tutulmuş trenajorlar vardır. Müxtəlif çəkili tərəzilərin köməyi ilə artıq çəkidən azad olmaq və ürək əzələlərini möhkəmləndirmək mümkündür. Bundan əlavə, bəzi trenajorlarda 30-dan artıq yerli və xarici telekanalları izləmək mümkündür. Eləcə də, idman zalında uzunluğu 120 metr olan dairəvi qaçış yolu, aerobika, boks və tennis üçün otaqlar var. Tennis həvəskarları stolüstü və  açıq havada böyük tennis oynaya bilər. “Aura” sağlamlıq mərkəzində üzgüçülük, aerobika, kallanetika, yoqa, pilatus, boks, stolüstü tennis, skvoş və böyük tennis üzrə məşqlər keçirilir. Qadınlar üçün səhər 10:00-dan axşam 17:00-a qədər xüsusi təklif qüvvədədir. Bu təklifə fitnes-mərkəzdən, açıq və qapalı hovuzlardan, sauna və fin hamamından, cakuzidən, açıq havada tennisdən və skvoş üçün zallardan istifadə daxildir.  
 “Aura” sağlamlıq mərkəzinə gəlmək üçün qadınlar üçün üzvlük abonementi 1 ay üçün 260 manat, 3 ay üçün 750 manat, 6 ay üçün 1125 manat, illik – 1760 manat təşkil edir.     «Excelsior Hotel & Spa Baku” otelinə  496 78 02 nömrəli telefona zəng vurmaqla əlavə məlumat əldə etmək olar.

 


Xəbər xətti