Almaniyanın Ankaradakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

11:01 - 10 Noyabr 2016 - DÜNYA

Almaniyanın Türkiyədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. Bu barədə "Anadolu" xəbər yayıb. Məlumatda bildirilir ki, 1000-ə yaxın aksiyaçı Almaniya səfirliyinin binası qarşısına toplaşaraq rəsmi Berlinin PKK terror təşkilatına qarşı münasibətinə etirazlarını bildiriblər.

Aksiyada Türkiyənin PKK terrorçuları ilə toqquşmalarda şəhid olmuş hərbçiləri və polis əməkdaşlarının ailələri, veteranlar iştirak edib. Etirazçılar əllərində üzərinə "Merkel, bizim səbr kasamız dolub", "Gizlətdiyiniz terroçular sizə zərvə vuracaq", "Almaniya, satqınları gizlətmə" sözləri yazılmış plakatlar tutublar.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bundan əvvəl Türkiyədə terror fəaliyyəti ilə məşğul olanlara dəstək verdiyini bildirib. Çavuşoğlunun sözlərinə görə, söhbət PKK-nın 4 minə yaxın üzvünün Ankaraya təhvil verilməsindən gedir.

Alman tərəfi heç bir sorğu təmin etməyib və PKK isə Almaniyanın hər şəhərində terror fəaliyyəti üçün pulu yığır.  

Xəbər xətti