Tramp özünün kabinetini və Ağ Ev komandasını formalaşdırmağa başlayır

10:59 - 10 Noyabr 2016 - Xəbər

ABŞ-da keçirilmiş prezident seçkilərində Respublikaçılar Partiyasından qalib olmuş Donald Tramp hökumət kabinetini və Ağ Ev komandasını formalaşdırmağa başlayır.

"Report" xəbər verir ki, bu barədə "NYT" Trampın köməkçisinə istinadən xəbər yayıb.

Məlumata görə, Trampın katibi və müşaviri vəzifələrinə namizədlər əsasən onun yaxın ətrafındakı şəxslərdir. Bunlar Alabama ştatının senatoru, siyasi məsələlər üzrə müşavir Cef Sessions, biznesmen Stiven Muçin, Nyu-Yorkun keçmiş meri Rudolf Culian, Nyu-Yorkun qubernatoru Kris Kristi və Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç və digərləridir.

Xəbər xətti