Ukrayna hökuməti Mixail Saakaşvilinin istefasını qəbul edib

18:25 - 9 Noyabr 2016 - DÜNYA

Ukrayna hökuməti Odessa vilayət administrasiyasının rəhbəri Mixail Saakaşvilinin istefasını qəbul edib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, Odessa vilayətinin qubernatoru M.Saakaşvili iki gün əvvəl korrupsiya ilə mübarizə apara bilmədiyini bildirərək istefa vermişdi.
Onun istefasını Ukrayna prezidenti Pyotr Poroşenko qəbul etməlidir.

Xəbər xətti