“Azəriqaz” 182 yaşayış məntəqəsinə təbii qaz verib

12:24 - 8 Noyabr 2016 - Cəmiyyət

 Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 7 505,2 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. SOCAR-dan verilən məlumata görə, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 239,5 km uzunluğunda borularda əsaslı təmir işləri aparılıb: “Görülən tikinti-quraşdırma işləri nəticəsində 182 yaşayış məntəqəsi təbii qazla təmin edilib”.
Qeyd edək ki, bu işlər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2014-2016-cı illər) icrası çərçivəsində həyata keçirilir.

Xəbər xətti