Biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirildi

11:52 - 8 Noyabr 2016 - Cəmiyyət

7 noyabr 2016-cı il tarixində tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirildi. Təlim “AtaHolding”  Keyfiyyət şöbəsinin rəisi  Elməddin Hüseynov tərəfindən aparıldı. Təlimdə  Azərbaycanın müxtəlif  ali məktəblərində təhsil alan tələbələr iştirak etdilər. Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov bildirdi ki, azad bazar iqtisadiyyatında rəqabət mühitində dayanıqlı fəaliyyətin təmin edilməsi üçün müəssisələrdə keyfiyyət idarəetmə sisteminin qurulmasına böyük ehtiyac vardır. Fəaliyyət sahələrinə uyğun olaraq əməyin mühafizəsi, informasiya təhlükəsizliyi, ətraf mühit, qida təhlükəsizliyi və digər idarəetmə sistemlərini tənzimləyən beynəlxalq standartlar mövcuddur. Lakin bütün idarəetmə sistemlərinin bazasını keyfiyyət idarəetmə sistemi təşkil edir. Bu sistem İSO 9001 beynəlxalq standartın tələblərinə əsaslanır. Təlimdə tələbələrə Keyfiyyət menecment sisteminin səmərəsi və tətbiq mərhələləri, müəssisə fəaliyyətində maraqlı tərəflər və onların maraq dairələri, hədəf planlaması, menecmentə sistemli yanaşma, biznes proseslərin əhəmiyyəti və tərtibi metodları barədə məlumat verilmiş, praktiki qrup çalışması aparılmışdır.
 Tədbirdə “Excelsior Hotel & Spa Baku”  otelinin keyfiyyət idarəetmə sistemi üzrə nümayəndəsi  Kamran Rzayev  və  “AtaSığorta”  ASC-nin keyfiyyət idarəetmə sistemi üzrə nümayəndəsi  Xədicə Nəsirova iştirak etdilər və tələbələrin otel və sığorta sahələrində keyfiyyət idarəetmə sistemi ilə bağlı  maraqlandıran sualları cavablandırdılar. 

 


Xəbər xətti