Yol polisi reyd keçirdi: 20 sürücü cəzalandırıldı - Astarada

11:26 - 8 Noyabr 2016 - Cəmiyyət

Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi (DYPB)  yol-hərəkəti qaydalarını pozan, texniki baxışdan keçməyən, avtomobili sənədsiz idarə edən sürücülərə qarşı reyd keçirilib.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, reyd avtomobillərin intensiv hərəkət etdiyi şəhərin Heydər Əliyev prospektində reallaşıb. Reyd zamanı bəzi sürücülərin hələ də yol-hərəkəti qaydalarına düzgün riayət etmədikləri aşkar olunub. Belə ki, qaydaları pozan 50-dən artıq sürücü saxlanılıb. Onlardan 20-si barəsində inzibati qaydada protokollar tərtib edilib.
Reyd zamanı saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi, sürücülük vəsiqəsi olmadan avtonəqliyyat vasitəsinin idarə olunması, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, işıqforun qırmızı işığını gözləmədən hərəkət etmə faktları da qeydə alınıb. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edən nəqliyyat vasitələri saxlanılaraq RPŞ-nin cərimə meydançasına aparılıb.


Xəbər xətti