Bakıda Qarabağa həsr edilmiş beynəlxalq konfrans keçirilir - Ermənilərin iştirakı ilə

11:12 - 8 Noyabr 2016 - ÖLKƏ İÇİ

Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı beynəlxalq konfrans  keçirilir.

“Report”un xəbərinə görə, Milli QHT Forumu və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanın QHT rəhbərləri, habelə Azərbaycana səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan, ölkəsində təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə Azərbaycana qaçan Vaan Martirosyan da iştirak edir.

Qeyd edək ki, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan bu gün Xocalı abidəsini ziyarət edib.

Xatırladaq ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyanın ötən gün Bakıya gəlib.

Xəbər xətti