Siyəzən və Xızıda qaz olmayacaq

18:41 - 7 Noyabr 2016 - Xəbər

Noyabrın 8-də saat 10-dan 17-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.
Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Xəbər xətti