Televiziya və radio sahəsində xidmətlərinə görə üç nəfərə Prezident təqaüdü təyin olunub

18:20 - 7 Noyabr 2016 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Hüseynova Şərqiyyə Qurban qızı
Məmmədov Seyavuş Əliəkbər oğlu
Mirzəyev Ramiz Həsən oğlu
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Ələkbərova Səlminə Nəcəf qızı
Gözəlova Günel Salam qızı
Məmmədova Elnarə Vaqif qızı
Məmmədova Mehriban İbiş qızı
Ocaqverdiyev Rauf Fikrət oğlu
Rüstəmova Şəfəq Rüstəm qızı

Xəbər xətti