Qaranlıqda diyaloq

14:55 - 7 Noyabr 2016 - Cəmiyyət

Qaranlıqda diyaloq...  Çox deyil sadəcə bir saat dünyanın işığından məhrum olmuş biri kimi yaşadığınızı düşünün. Elə bu təcrübəni dünyadakı insanlara daddıran,orijinal adıyla “Dialogue in the Dark” qaranlıqda diyaloq, proyekti İstanbulda da reallaşıb.  Bu  proyekt ilk dəfə Almaniyada 27 il öncə tətbiq olunub və dünyanın 130 şəhrində milyonlarla ziyarətçi 1 saatlığa da olsa görmə qabiliyyəti olmadan yaşamaq təcrübəsini sınaqdan keçirib. Qaranlıqda dialog hər gün yüzlərlə insanın ziyaret etdiyi İstanbulun Gayrəttəpə metro stransiyasının içində 2 min kvm ərazidə qurulub.  Proyektin qurucusu Hakan Elbir  Üçnöqtə`yə açıqlamasında bildirib ki, qısa zaman ərzində 100 minə yaxın ziyarətçi artıq bu təcrübəni yaşayıb: “Ərazini ziyarətçilərə görmə qabiliyyəti olamaya bələdçilər gəzdirirlər. Tamamilə zil qaranlıq bir məkanda reallaşır bu təcrübə. Qruplar halında içəriyə girib 60 dəqiqə ərzində sadəcə bələdçinin yönləndirməsiylə ziyarətçilər köhnə tramvaya minib, Taksimə gedir, orda çay içir, alış veriş edir. Geri dönəndə futbol meydançasına girir, penaltı vururlar. Telefon və ya hanısa işıq verən bir əşyayla içəri girməyə icazə verilmir. Proyektin əsas qəhrəmanları qarınlıqda ziyarətçiləri gəzdirən görmə qabiliyyəti olmayan və mimikalar vasitəsiylə ətrafda yaşananları anlatmağa çalışan esitməyən insanlardır. Bura onların iş yeridir. Biz bu proyekti İstanbula gətirməklə həm də,  onlarla görmə və eşitmə qüsurlu insanı işlə təmin etmiş olduq”.

 

Lahiyənin rəhbəri deyir ki, sadəcə görmə qüsurlu deyil, eşitməyən insanlar üçündə elə eştiməyən bələdçilərlə zaman keçirmək imkanı mövcuddur: “Burda da ziyarətçilər səssizliyi dinləyirlər. Otaqlarda xüsusi səs keçirməyən qulaqlıqlar var. O qulaqlıqlar taxıldıqdan sonra  bədən dili və mimikalar vasitəsiylə eşitmə qabiliyyəti olayan bələdcilər ziyarətçi ilə söhbətə başlayır. Şəkillərdə olan mimikaları tekrarlayırlar, barmaqlar vaxsitəsiylə sayırlar, ekranda müxtəlif şəkillər çizirlər. Bir sözlə eşitmədən də danışmağın mümkün olduğunu isbat edirlər”. 

 

Ziyarətçi Mərvə Bulut deyir ki, o otaqda olmadan oradan danışmaq çətindir: “Açıqcası bu təcrübəni yaşamadan danışılan bütün sözlər bir qədər boş gəlir insana. Ona görə də özüm gəlib görmək istədim. Nəhayət əlimə bastonumu alıb içəri girdim. Sadəcə bələdçinin səsi ilə və bastonumu yerlərə sürtərək 1 saat istanbulda metroya, tramvaya mindim, yolda oturub çay içdim və futbol meydançasında səslərlərlədə olsa futbol izlədim. Zamanımın bitməsinə çox az qalmışdı ki, bizi gəzdirən bələdçinin görməyən biri olduğunu öyrəndim. Çünki o ərazini əzbərdən bilirdi və görən biri olarsq bizi gəzdirirdi.  1 saat geridə buraxıb çıxanda qarmaqarışıq və insanın hansı yaşda olması önəmli deyil, yaşadığı illərdə özündə kəşf etmədiyi bir çox yenilikləri kəşf edir. Dünyanı dərk etmək üçün bütün orqanların savaş verdiyini, dünyanı hissetmək üçün əllərin,ayaqların, səslərlə təmas edərək vücudu yönləndirən dərinin belə çalışdığının fərqinə varmaq mümkündür. İlk dəfə dünyanı görməyən birinin gözləriylə izlədim  və eşitməyən birinin qulağıyla dinlədim və bu təcrübəni heç vaxt unutmayacam”

 

 

Anadangəlmə görmə qabiliyyətindən məhrum olmuş və “Qaranlıqda Dialog” proyektində bələdçi işləyən Faruk Üç nöqtə`yə açıqlasında bildirib ki, lahiyənin məqsədi dünyaya mesaj verməktir: “Burda gündəlik həyatda bütün yaşatılarımız göstəririk. Şəhər həyatı, park həyatı, hamısı var burda. Əslində qaranlıq bizim üçün azadlıqdır. Kimsənin baxışları üzərinizdə deyil,bizimdə baxışlarımız kimsənin üzərində deyil. Onun gözünün üstündə qaşı var, o cirkindi və ya gözəldi. İnsanlar anlasın ki, geydiyi paltarlar deyil insanları gözəlləşdirən. Bizə yazıq gözüylə baxılmasını istəmirik,biz insanlara deyirik ki, varsın əngəllər gözlərdə qulaqlarda olsun, ürəklərdə olmasın”.

Onu da qeyd edək ki, bu təcrübəni sınaqdan keçirmək üçün elə Qayrəttəpə metrosunu içində xüsusi köşklər qoyulub və burada giriş biletləri satılır. Getmək istəyənlər həftə içi hər gün saat 12:00 dan axşam 19:30 qədər ziyarət edə bilərlər.

Vüsalə Abbasova


Xəbər xətti