Bakıda ana və onun övladlarını avtomobillə vurub öldürən şəxsin məhkəmə istintaqı yekunlaşıb

12:29 - 7 Noyabr 2016 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi noyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə Xətai rayonunun Nobel prospektində bu il iyulun 15-də saat 17:00 radələrində baş verib. Bakı şəhər sakini O.Heydərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qarayevanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada yerində ölüb.
O.Heydərov Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti